Molla rejimin edama etmək istədiyi Ehsan Fəridinin anası: Haqsızlıq qarşısında susmaq xəyanətdir- Video

GADTB: İrqçi fars-molla rejimin edama məhkum etdiyi 22 yaşlı azərbaycanlı tələbə Ehsan Fəridinin anası Pərvin Hayati oğlunun məhkəmə işinin ədalətsiz gedişinə toxunaraq, insanlardan və insan haqları təşkilatlarından oğlunun səsi olmalarını istəyib.

Pərvin Hayati bu barədə özünün videomüraciətində deyib: “Oğlum həbs olunanda 20 yaşı tamam olmamışdı və 17 aydır ki, dəmir barmaqlıqlar arxasında ümidlə qorxu arasında nəfəs alır. Ehsan günahsızdır. Onun əleyhinə heç bir sübut yoxdur. Mən bir gəncin anasıyam, tək arzum oğlumun sağ qalmasıdır. 20 yaşlı gənc korrupsioner ola bilərmi? And içirəm ki, əzizim Ehsan qeyd-şərtsiz azadlığa buraxılmayana və bəraət qazanana qədər dincəlməyəcəm. Ümid edirəm ki, heç bir ana öz həyatını belə əzab içində övladını xilas etmək üçün riskə atmaq məcburiyyətində qalmaz.” – deyə Pərvin Hayati xanım bildirib.

Qeyd edək ki, Təbriz Universitetinin İstehsalat mühəndisliyi şöbəsinin tələbəsi olan Ehsan Fəridi 2024-cü il martın 18-də rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə həbs edilmiş və 10 günlük sorğu-sualdan sonra məhkəmənin sonuna qədər zaminə buraxılaraq müvəqqəti olaraq azad edilmişdi. Ehsan Fəridi 2024-cü il iyunun 18-da yenidən Təbriz prokurorluğunun 15-ci şöbəsinə getdikdən sonra həbs edilərək Təbriz zindanına köçürüldü. Bundan sonra ona qarşı yönəldilən ittiham dəyişdirildi və haqqında ölüm hökmü çıxardıldı.

Bundan əvvəl azərbaycanlı vəkil Sina Yusefi Ehsan Fəridinin işinin müstəntiqi, Təbriz Xalq və İnqilab Prokurorluğunun 15-ci şöbəsinin müdiri Seyid Əli Musəvi Əqdəmin rüşvət almaqda və korrupsiya dəstəsi yaratmaqda ittiham olunaraq həbs edildiyini açıqlamışdı.

https://t.me/GADTB1/45694

Həmçinin yoxlayın

WSJ: İran ABŞ ritorikasını yumşaltsa, danışıqlara hazırdır

GADTB: The Wall Street Journal qəzetinin məlumatına görə, İran vasitəçilər üzərindən ABŞ-a mesaj göndərərək, prezident …

Təbrizdə “Qlobal” şirkətinin zərərçəkmişləri və sürücülər etiraz aksiyası keçirib

GADTB: 5 ordibehişt 1405-ci il tarixində Təbrizdə “Qlobal” nəqliyyat şirkətinin sürücüləri və zərərçəkmişləri şəhər prokurorluğunun …