Cümə , Oktyabr 30 2026
azfa

İranda gözlənilməz sorğu: “Əhali ölkənin vəziyyətindən narazıdır”

GADTB: İran Tələbə Rəy Sorğusu Mərkəzinin (ISPA) son sual-cavabına əsasən, ölkənin vəziyyətindən narazılıq səviyyəsi 92 faizə çatıb. Bu sorğu, İran Prezident Administrasiyasının sifarişi ilə keçirilib və nəticələr, ölkə daxilindəki geniş narazılığı ortaya qoyub.

Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri və sosial məsləhətçi Məhəmmədcavad Cavadi Yeganə “Instaqram” hesabında sorğunun bəzi nəticələrini açıqlayıb.

O, anketin nəticələrinə istinadla bildirib ki, insanların əksəriyyəti millət vəkillərinin, əyalət başçılarının, cümə imamları və bələdiyyə sədrlərinin fəaliyyətini “zəif” dəyərləndiriblər.

Sorğuya görə, parlament üzvlərinin 58,8 faizi, əyalət başçılarının 36,6 faizi, cümə imamlarının 35,9 faizi, bələdiyyə sədrlərinin isə 34,4 faizi insanlarının problemlərini həll etməkdə olduqca zəifdir. Sorğu, Pezeşkianın ölkənin 16 əyalətinə səfəri ərəfəsində keçirilib./ Azad İran

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …