Bazar , Avqust 30 2026
azfa

Musəvi: “Qafqaz bizim evimizdir”

GADTB: İranın Azərbaycandakı keçmiş səfiri, hazırda Prezident Administrasiyasının protokol və rəsmi tədbirlər üzrə müavini Seyid Abbas Musəvi Zəngəzur dəhlizi ilə bağlı növbəti dəfə cəfəng açıqlamalar verib.

SNN telekanalına müsahibəsində Musəvi bildirib ki, İran bölgədə geosiyasi sərhədlərin dəyişdirilməsini qəbul etmir.

O, “Qafqaz bizim evimizdir” ifadəsini işlədərək Qafqazın İran üçün xüsusi əhəmiyyət daşıdığını dilə gətirib və bölgənin tarixən İranın təsir və sivilizasiya arealının bir hissəsi olduğunu bildirib. Musəvinin sözlərinə görə, məhz bu səbəbdən Tehran Cənubi Qafqazdakı proseslərə Türkiyə və Rusiyadan daha həssaslıqla yanaşır.

Keçmiş səfir Zəngəzur dəhlizi ətrafındakı müzakirələrə də toxunaraq, hazırda prosesdə Ermənistan və ABŞ-nin daha fəal rol oynadığını, “Azərbaycanın isə kənarda qaldığını” iddia edib. O, bəzi dairələrdə marşrutun “Tramp marşrutu” adlandırılmasına da istehzalı münasibət bildirib. “Tramp getdiyi hər yerə öz adını verir”, – deyə çıxışında vurğulayıb.

Musəvi İran-Ermənistan münasibətlərini müsbət qiymətləndirərək, ABŞ şirkətlərinin İran sərhədləri yaxınlığında fəaliyyət göstərməsinin Tehran üçün qəbuledilməz olduğunu vurğulayaraq deyib:

“ABŞ şirkətlərinin İran sərhədinin kənarında olması qəbuledilməzdir. Amerikalıların münasibətlərin korlanmasında və bölgədə fikir ayrılıqlarının yaradılmasında uzun keçmişi var”./ Azad İran

Həmçinin yoxlayın

ABŞ İraq Kürdüstanındakı peşmərgələrə hərbi yardımı dayandırmaq niyyətindədir

GADTB: BBC-nin yayımladığı hesabata görə, Donald Tramp administrasiyası İraq Kürdüstanı bölgəsindəki peşmərgə qüvvələrinə göstərilən ABŞ …

Urmiya gölündə köçəri quşların heyrətamiz görüntüləri yayılıb

GADTB: Güney Azərbaycanın Urmiya gölünün adalarında həyat canlanıb. Köçəri və yerli quşlar gölün üzərindən uçaraq …