
GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb.
Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən etibarən fəaliyyətini dayandıracaq.
Yaxın günlərdə bu qərarın İranla sərhəddəki bir neçə başqa keçid məntəqəsinə də şamil ediləcəyi bildirilir. Agentlik qərarın səbəbinin hələlik açıqlanmadığını iddia edib.
“Shafaq News” portalı sərhəd keçidlərinin bağlanması barədə göstərişi İraqın baş naziri Əli əz-Zeydinin şəxsən verdiyini yazıb.
Məlumata görə, İraq hakimiyyəti İranın Səudiyyə Ərəbistanına məxsus “Şərq–Qərb” neft kəmərinə hücumda iştirak etdiyini, eləcə də Səudiyyə Ərəbistanına qarşı sonrakı hücumlarda istifadə edilən dronların yığılması üçün sərhədyanı ərazilərə ehtiyat hissələri gətirdiyini açıqlayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi