Cümə , Oktyabr 30 2026
azfa

Mərənddə yeraltı su səviyyəsi 22 metr aşağı düşüb, Şəbüstərin su ehtiyatları kəskin azalıb

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin su ehtiyatları üzrə əsas tədqiqatlar bölməsinin rəhbəri vilayətdə yeraltı su ehtiyatlarının uzunmüddətli və kəskin azalması barədə məlumat verərək Mərənd su hövzəsini vilayətin ən böhranlı hövzəsi adlandırıb.

Məhəmmədəli Həsənpurəqdəmin 27 oktyabr 2026-cı il çərşənbə axşamı yayımlanan hesabatına görə, ölçmələr aparılmağa başlandığı vaxtdan indiyədək Mərənd su hövzəsində yeraltı suların səviyyəsi 22 metrdən çox aşağı düşüb, su ehtiyatlarının həcmi isə təxminən 670 milyon kubmetr azalıb.

Onun sözlərinə görə, Şəbüstər–Sufiyan su hövzəsində də ümumilikdə təxminən 253 milyon kubmetr, Səhənd dağının şimal yamaclarındakı su hövzəsində isə təxminən 218 milyon kubmetr azalma qeydə alınıb.

Rəsmi şəxs böhranın əsas səbəbləri kimi yeraltı su ehtiyatlarının imkanlarından artıq istifadə edilməsini, qanuni və qanunsuz quyuların istismarını, eləcə də kənd təsərrüfatının dayanıqsız inkişafını göstərib.

O, həmçinin xəbərdarlıq edib ki, yeraltı su ehtiyatlarının azalması torpağın çökməsi, su mənbələrinin şoranlaşması və kənd təsərrüfatı bölgələrinin quraqlığa davamlılığının zəifləməsi risklərini artıra bilər.

Şərqi Azərbaycanın 25 su hövzəsindən 20-si Urmiya gölünün su toplama hövzəsində yerləşir.

Həmçinin yoxlayın

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …

Ted Kruz: “İslam Respublikasını devirmək üçün iranda etirazçıların silahlandırılmasını təklif etmişəm”

GADTB: ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Ted Kruz bildirib ki, Donald Tramp İslam Respublikasının yaratdığı …