İrqçi fars rejimin rəsmilərinin ABŞ-la söz savaşı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin rəsmilərinin ABŞ-la söz savaşının davamında rejimin Xarici İşlər Nazirliyinin sözçüsü  Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib ki, ABŞ o qədər ağılsız ola bilməz ki, İranla müharibəyə başlasın.

Bəhram Qasimi keçirdiyi mətbuat konfransında “İran ABŞ-la müzakirə aparmaqda qərarlıdır, ya yox?” sualına cavabında deyib: “Bu durumda danışıq aparmaq mümkünsüzdür. Amerika göstərib ki, etimad ediləsi deyil və heç bir iş üçün etibarlı tərəfdaş sayıla bilməz”.

Qasimi bildirib ki, müharibənin baş verəcəyini düşünmür: “ABŞ o qədər ağılsız ola bilməz ki, İran əleyhinə belə bir addım atsın. İran güclü dövlətdir və qorxmaz xalqı var. Bu səbəbdən müharibənin baş verəcəyini düşünmürəm. Amma Trampın düşmənçilik siyasəti davam edəcək. İran özünü buna hazırlayıb. İran xalqı meydandan başıuca çıxacaq və Tramp məcbur olacaq ki, bir gün qayıdıb istəklərini başqa formada dilə gətirsin”.

Qasimi ABŞ-ın İranın siyasətini pozmağa çalışmasına da toxunaraq qeyd edib ki, İran nümayəndə heyətləri hara səfər edirsə, ABŞ-dan nümayəndə heyətləri həmin yerə baş çəkir: “ABŞ bu işi çoxdandır edir və bunu ciddi şəkildə həyata keçirir ki, İranın digər ölkələrlə ticarət münasibətlərini korlasın”.

Sözçü prezident Həsən Ruhaninin Səudiyyə Ərəbistan və Bəhreynlə münasibətlərin düzəldilməsi imkanı ilə bağlı çıxışına da münasibət bildirib. Onun sözlərinə görə, prezident İranın ümumi siyasətini açıqlayıb: “Bizim ümumi siyasətimiz budur ki, qonşu ölkələrlə münasibətlərimizi inkişaf etdirək, regionda təhlükəsiz bir mühit yaradaq, vəziyyəti stabilləşdirək, terrorizmlə mübarizə aparaq. Bu, önəmli məsələdir və bunu müxtəlif vaxtlarda demişik. Biz regionda sabitlik və təhlükəsizliyin təmini üçün bütün vasitələrdən istifadə edəcəyik. Ümid edirik ki, başqaları da bu məsələni diqqətdə saxlayacaq”.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimi bütün dünyada hara ayağı dəyirsə orada müharibə və gərginlik baş verir. Qeyri-konstruktiv siyasətlə dünya birliyini öz üzərinə qaldırıb.

 

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta və Sara xanım Azərsun Sidneydə 23 Aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü tədbirində-Foto

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türkiyənin Milli Suverenlik …

Molla rejimi ana dilinə görə həbs etdiyi azərbaycanlı fəal Əsgər Fərəcinin son durumu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi ana dilinə görə azərbaycanlı fəal …

Bir cavab yazın