Urmiya gölü dövlətin 40 illik müdaxiləsi nəticəsində quruyub

GADTB-nin mətbuat mərkəzinə daxil olan məlumata görə, Qoşaçay, Sayınqala və Tikantəpənin İran adlanan ölkənin məclisindəki millət vəkili Humayun Haşimi Urmu gölünün qurudulması ilə bağlı belə açıqlama verib. O deyib: “Şübhəsiz Urmiya gölünün bu günkü vəziyyəti keçən 40 ildə məsuliyyətsiz müdaxilələr və qərarların nəticəsidir.

Millət vəkili bir neçə il öncə Urmiya gölü qərargahının təşkil edilməsi və bəzi tədbirlərin həyata keçirilməsinə toxunaraq, heç bir nəticənin əldə edilməməsinə təəssüfləndiyini bildirib. Humayun Haşimi vilayətin bütün millət vəkillərinin Urmu gölü barədə H.Ruhaniyə sula ünvanlamaqla bağlı birləşdiyini qeyd edib.

Millət vəkilinin bildirdiyinə görə Urmiya gölünün qurtarılması üçün millət vəkilləri nazirlər və məsullarla hər növ danışığa gedəcəklər. O Urmiya gölünün qurtarılmasında əsas maneələrdən birinin maliyyə ayrılmaması olduğunu da qeyd edib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …