İrqçi fars rejimin rəsmisi Urmiya gölünü qurutduqlarına etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin Ətraf Mühiti Mühafizə Təşkilatının rəisi İsa Kələntəri Urmiya gölünü qurutduqlarına etiraf etdi. O deyib ki, su hövzələri üzrə mütəxəssis dr.Cəvahiri 1998-ci ildə mənə dedi ki, gölün ətrafında bəndlərin tikilməsi davam edəcəyi təqdirdə, göl 2016-ci ilədək quruyacaq.

İsa Kələntəri deyib: “O zaman bəzi rəsmilər bu sözə şübhə ilə yanaşaraq, dedilər ki, bu həcmdə su mövcud olduğu halda gölün quruyacağından söhbət gedə bilməz. Bizim səlahiyyətli qurumlarımız isə sükut edir. Çoxları yalnız öz şəxsi və ya qurum mənafeyini güdür. Bu vəziyyətdə bir hərbçi və ya bir neçə millət vəkili meydana çıxaraq istədiyi siyasəti tətbiq edir. Bir neçə nəfəri nümunə kimi idarəyə çağıraraq, onların ölkədən çıxışına qadağa qoyurlar. Dərnəklərimiz isə hamısı bu hadisələrə seyrçi qalır. Heç bir ölkə yenilənən qaynaqların təbii ehtiyatlarından 40 faizdən çox istifadə etməməlidir. Lakin İranda 130 faizi istehlak edilir. Biz qəbul etməliyik ki, iqlim dəyişikliyi var. Suyun həcmi isə azalır və şorlaşır. Artıq qədim üsullarla hazırkı vəziyyəti tənzimləmək mümkün deyil”.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimin rəsmisinin də etiraf etdiyi kimi, rejim Urmiya gölünün su hövzəsində yüzdən artıq su bəndi tikmək, eləcə də gölətrafı ərazilərdə çox su istifadə edən bitki və məhsulların əkininə rəvac verməklə Urmiya gölünü qəsdən qurudub. Bu isə rejimin Azərbaycanla düşmənçiliyindən irəli gəlir.

 

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın