Azərbaycanlı milli-mədəni fəal, Beytullah Bərzgərin türkcə təhsil barədə fikirləri

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəal, yazar və araşdırmaçı Beytullah Bərzgərin Güney Azərbaycanda ana dilində təhsil problemi ilə bağlı yazısını təqdim edir:

Faşizm düşüncəli insanlar elə hesab edir ki, hakimiyyətdə qalmaq üçün vahid bir millət və dil gərəkdir. Bu siyasət təkcə başqa dili məcbur qəbul etdirməklə kifayətlənmir, həm də başqa millətlərin dil və ləhcəsini təhqir etməklə onları alçaldır.

Təəssüf ki, Güney Azərbaycan xalqının bir qismi bu alçaldıcı siyasətin nəticəsində öz kimliklərindən artıq beziblər. İranda yaşayan azərbaycanlıların təbii haqlarından məhrum qalmalarının əsas səbəbi istismar altında yaşamalarıdır. Onlar elə hesab edir ki, millətlərin bu cür haqq və hüquqlarına çatması ölkənin ərazi bütövlüyünə xələl gətirir.

Ana dilində təhsilin yasaqlanması savadsızlığın böyük səbəblərindən sayılır. Bir şagird başqa dildə yüksək uğur qazanıbsa, demək, o, öz ana dilində təhsil alsaydı, daha üstün uğur əldə edə bilərdi.

Biz ana dilində təhsillə bağlı istəyimizə çatmaq üçün aksiyaları çoxaltmalıyıq. Dünyanın mötəbər təşkilatlarından yardım istəyib, basqı altında olduğumuzu bildirməliyik. Ölkə daxilində yaşayan, özünü türk hesab edən hər bir vətəndaş ana dili yönündə etirazlarını davam etdirməlidir. Son illərdə ortaya çıxmış iqtisadi gərginliklər və çətinliklər ana dilində təhsil almaq məsələsindən də təsirli olub.

Güney Azərbaycan xalqı inkişafdan geri saxlanılır. Xalqımızın önəmli problemlərindən biri də iqtisadi çətinliklər və gündəlik ehtiyaclardır. Unutmayaq ki, ümidini itirmiş bir xalq tarixinə və dilinə yetərincə sahib çıxa bilməz.

Axar.az

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın