Azərbaycanlı fəal Abbas Lisaniyə çıxarılan qiyabi qərar hökmlərin icra şöbəsinə göndəridi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il dekabr ayının 21-də tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaniyə SMS vasitəsilə onun barəsində çıxarılan qiyabı məhkəmə hökmünün hökmlərin icra şöbəsinə göndərildiyi bildirilib.

Qeyd edək ki, Abbas Lisani bu il iyulun 2-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbildə yaxalanaraq, Təbriz Ettelaat İdarəsinin təcridxanasına salınmışdır.

Babək Qalası Qurultayına bir neçə gün qalmış tutulan fəal rejimin Şərqi Azərbaycanda yerləşən Məhkəməsinin qərarı əsasında Ərdəbil prokurorluğu tərəfindən rejimin Təbrizdə yerləşən ETTELAAT İdarəsinə köçürülmüşdür. İndiki məhkəmə qərarı da həmin yaxalnmanın dosye ilə bağlıdır.

“Mərhum Həsən Dəmirçinin dəfn mərasimində çıxış etməklə sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılan azərbaycanlı fəal 12 gün saxlandıqdan sonra iyul ayının 14-də 50 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından zaminə buraxılmışdır.

Fəal 2018-ci il oktyabrın 10-da rejimin Təbrizdə yerləşən İnqilab məhkəməsinin 2-ci şöbəsi fəala çağırış vərəqəsi göndərərək hökmün elan olunması üçün onu məhkəməyə çağırıb.

Çağırış vərəqəsini aldıqdan sonra azərbaycanlı fəal “Böyük Azərbaycan milləti” adı ilə başlayan cavab mətnində məhkəmə prosesinə kəskin etiraz bildirilib: “Barəmdə çıxarılan hökm təmami ilə qanunsuz və qəbuledilməzdir. Konstitusiyanın 168-ci maddəsinə əsasən əqidə, siyasət və mətbuatla bağlı dosyelərə açıq şəkildə hər kəsin gözü qarşısında baxılmalıdır. Bu qanunu icra etməkdən qorxanlar, indi də formal məhkəmələrdə çıxarılan hökmləri yazılı şəkildə elan etməkdən vahiməyə düşüblər”.

 

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın