GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın siyasi məhbuslarına azadlıq tələbilə Almaniyada aksiya keçiriləcəyinə çağırış olub. Çağırışı olduğu kimi təqdim edirik:
Əziz vətəndaşlar
İran rejiminin Güney Azərbaycanın milli mədəni aktivislərinə qarşı apardığı basqı və təziyiqlər dəvam etməkdədir. Son zamanda Tehran rejimi onlarla milli-mədəni fəallarımızı yaxalayıb və zindanlara atıbdır.
Bütün bu məhbuslarımızı, eləcə də aclıq aksiyası keçirən tanınmış fəalımız Abbas bəy Lisannin azadlığı üçün, bu şənbə günü, Berlin şəhərində bir etiraz aksiyası keçiriləcekdir.
Bütün azadlıqsevər vətəndaşlarımızı dəvət edirik bu aksiyada iştirak etsinlər.
Güney Azerbaycan siyasi məhbusların müdafiyə komitəsi/ Almanya
Adress:
10117 Berlin
U + S Brandenburger Tor
BUS: 100, 200, 147, TXL
Aksiyanın vaxtı: 09.02.2019-cu il, saat 14:00