Cümə , Oktyabr 30 2026
azfa

Kataloniyada yenidən etirazlar alovlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Kataloniyada yenidən etirazlar alovlanıb. Etirazlar katalonların rəhbərlərin həbs cəzası verilməi ilə bağlıdır.
İspaniya 2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında referendumu təşkil edən istiqlalçı hərəkatın liderləri 13 il müddətinədək həbs cəzasına məhkum ediliblər.
Müstəqil qruplar İspaniya Ali Məhkəməsinin qərarına qarşı etiraz aksiyası keçirir və bütün Kataloniyanın səfərbər olmasına çağırırlar.
Barselona və Jironda yollar bağlanıb. Bəzi təşkilatlar Barselona aeroportunun birinci terminalının işini iflic vəziyyətinə salmaq niyyətindədirlər. Regionun müstəqilliyi uğrunda çıxış edən iğtişaşçılar xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırırlar.
Məlum olub ki, hakim Pablo Llarena müstəqillik haqqında referendumdan sonra İspaniyadan Belçikaya qaçmış Kataloniya hökumətinin sabiq sədri Karles Puçdemonun həbsinə yeni order verib.

Həmçinin yoxlayın

Təbrizli idmançı bir dünya və iki Asiya rekordu müəyyənləşdirib

GADTB: Təbrizli 45 yaşlı döyüş sənətləri idmançısı Xudayar Əzizian yoxuşlu yolda nümayiş etdirdiyi qeyri-adi performansla …

Qadınlardan ibarət “Traxtur” komandası “Mis Rəfsəncan” üzərində böyükhesablı qələbə qazandı

GADTB: “Traxtur”un qadınlardan ibarət futbol komandası çempionatın beşinci turu çərçivəsində “Mis Rəfsəncan”ı 4:0 hesabı ilə …

Bir cavab yazın