Çərşənbə , Oktyabr 21 2026
azfa

Türk ordusu Suriya və Rusiyanın hücumundan sonra Türkiyə sərhədə canlı qüvvə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Suriya sərhədinə canlı qüvvə və hərbi texnika göndərməkdə davam edir.

İsgəndərun şəhərinə qatarlarla gətirilən çoxlu sayda hərbi texnika daha sonra TIR-larla sərhədə doğru göndərilib.

Qeyd edək ki, Rusiya və Suriya rejim qüvvələrinin hücumu nəticəsində son iki gün ərzində türk ordusu 10 şəhid verib, idlibdəki müşahidə məntəqələri isə mühasirəyə düşüb. Türk ordusunun cavab zərbəsi ilə Suriya rejiminə qulluq edən 177 əsgər məhv edilib.

Türkiyə hücumların qarşısını almaq üçün bir neçə gündür əraziyə xüsusi təyinatlılar və hərbi texnika cəlb edir.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Bir cavab yazın