Bazar ertəsi , May 6 2024
azfa

Rejim həbs etdiyi azərbaycanlı fəal Əli Əzizini qiyabi mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejim həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Əli Əzizinin qiyabi mühakimə etdi .

Mar ayının 8-də məhkəmə iclası Urmiya məhkəməsinin 101-ci şöbəsində fəalın iştirakı olmadan keçirilib. Rejim azərbaycanlı fəalı Təbrizdə zindana saldığı Mərkəzi Həbsxanasının “Karantin” kamerasında saxlanıldığı üçün o məhkəmədə iştirak etməyib.

Azərbaycanlı milli fəala göndərilən məhkəməyə çağırış vərəqəsində onun “qeyri-qanuni etiraz aksiyalarında iştirak etməklə ictimai asayişi pozmaq”da ittiham olunduğu bildirilmişdir.

Qeyd edək ki, Təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə hücum etdikdən sonra ona qarşı yeni ittihamlar irəli sürərək yaxalayıblar. Fəalın valideynləri, təhlükəsizlik qüvvələri məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstərib, buna baxmayaraq məmurlar fəalı qanunsuz şəkildə saxlayaraq naməlum istiqamətə aparmışdır.

Əzizi bir neçə gün Təbrizdə rejimin Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanıldıqdan sonra digər milli fəal Səccad Şəhiri ilə birlikdə “Təhlükəsizlik” kamerasına köçürülüb.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …

Bir cavab yazın