İrqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təhlükəsizlik qüvvələri dünən Urmiya sakini olan azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşarı yaxalayıb.

Rejimin ETTELAAT idarəsi iyulun 16-da günorta saatlarında Salar Tahir Əfşarı Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən Təhlükəsizlik idarəsinə çağırıb və  saat 17:00-də isə məhkəməyə göndərib.

Rejim tərəfindən şərlənən azərbaycanlı fəal rejimin məhkəməsi tərəfindən çıxarılan müvəqqəti həbs qərarı ilə Urmiya zindanına koçürülüb.

Qeyd edək ki, Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Respublikasına dəstək mitinqinə çağırışdan qorxuya düşən antiislam İran rejimi azərbaycanlı fəalları yaxalayıb və Azərbaycan şəhərlərinə çoxsaylı qüvvə yeritmişdir. Halbuki, antiislam İran rejimi hər zaman müsəlman ölkəsinə dəstəyə belə divan tutduğu halda müsəlmanlara qarşı erməni xristianlarını təşkilatlandırıb və geniş mitinq təşkil edir.

Həmçinin yoxlayın

Türkiyənin “Kaan” qırıcısının F-35-dən üstün olacağı bildirilir

GADTB: “Türkiyənin “Kaan” milli döyüş təyyarəsinin yaradılması layihəsinə investisiyalar hazırda ümumilikdə 2 milyard dollar təşkil …

İran İrəvandakı Göy məsciddən öz siyasi məqsədləri üçün istifadə edir

GADTB: İrəvan xanlığı dövründə tikilən və Azərbaycanın mədəniyyət incisi sayılan Göy məscid indi İran hökuməti …

Bir cavab yazın