Şənbə , May 18 2024
azfa

İranın antiislam rejimi erməni təcavüzünü pisləyən azərbaycanlıları yaxalayıb, işgəncə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənləri yaxalayaraq, onları zindana salıb və vəhşicəsinə işgəncə edir.

Antiislam İran rejimi keçirilən mitinqlərə divan tutaraq, müsəlmanlara xristianların təcavüzünü pisləyən azərbaycanlı fəalları yaxalayaraq Təbriz, Urmiya və Tehran zindanlarına salıb.

İnsan haqları fəallarının bildirdiyinə görə erməni xristianlarının müsəlman Azərbaycan ərazisinə təcavüzünü pisləyən azərbaycanlılar vəhşicəsində işgəncə ediliblər.

Urmiyanın Doqquzpillə məhəlləsində yerləşən İran rejiminin polis təcridxanasında saxlanılan azərbaycanlı fəallar vəhşicəsinə döyülüblər.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edir.

Həmçinin yoxlayın

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 …

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal …

Bir cavab yazın