Çərşənbə , May 8 2024
azfa

Ana dili məhbusu rejimin ədalətsizliyi barədə İranın məhkəmə sisteminin sədrinə açıq məktub yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dili uğrunda fəaliyyətinə görə həbs etdiyi və hazırda Tehranın Evin zindanında saxlanılan azərbaycanlı milli fəal Əlirza Fərşi İran məhkəmə sisteminin sədri İbrahim Rəisiyə açıq məktubla müraciət edib.

Əlirza Fərşi məktubda rejimin məhkəmələrində öz ana dilini sevdiyi və ona qulluq etdiyi üçün ağır cəzalandırıldığını və bu səbəbdən İranın məhkəmə sisteminin rəisinə məktub yazdığını qeyd edib.

Fərşi həmçinin yazıb ki, həbs olunduğu gündən dəfələrlə fiziki zorakılığa məruz qalıb və tibbi ekspertiza mərkəzində yoxlanmaq və məmurların zorakılığından şikayət üçün müraciət etsə də zindan məsulları buna icazə verməyib.

Fərşi bildirib ki, keçən 20 il ərzində mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə “Xarici ölkə casusu, muzdlu, satqın, və s.” yalan ittihamlarla qarşılaşıb və azərbaycanlıların mədəni tələblərinin düşmənləri və qeyri-fars millətlərin ana dillərinin məktəblərdə tədrisinə qarşı olanlar “insan vicdanına və şərəfinə zidd olan” hər növ hərəkətdən çəkinmirlər.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmin fəallar bir neçə digər türk fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman nəzarət altına alınmışdılar.

Azərbaycanlı fəal Əlirza Fərşi həmçinin yanvar ayının 8-də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmış və tərqibən üç ay sonra 400 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Azərbaycan Slovakiya ilə silah istehsal edəcək

GADTB: Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – red.) bəzi …

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Bir cavab yazın