Çərşənbə , Oktyabr 21 2026
azfa

Koronavirusa qarşı peyvənd hazırlayan türk professor peyvəndin vurulma tarixini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirusa qarşı 95 faiz effektivliyi sübuta yetirilən peyvənd hazırlayan alim Uğur Şahin dərmanın tezliklə tətbiqinə başlana biləcəyini deyib.

Alim peyvəndin yaşlı insanlar üçün xüsusilə əhəmiyyətli olduğuna diqqət çəkib: “Hər şey qaydasında gedərsə, dekabr ayının ikinci yarısında dərmanın kütləvi istehsalı təsdiq ediləcək və beləliklə, Yeni ildən əvvəl paylamağa başlaya biləcəyik. Ancaq bu, heç bir problem çıxmazsa, mümkün ola bilər. Peyvəndin yaşlılar üzərində də müsbət təsirlərə malik olması isə xüsusilə sevindiricidir”.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın