Çərşənbə , Oktyabr 21 2026
azfa

Erməni təcavüzünü pislədiyinə görə İran yaxaladığı 12 fəalın məhkəmə prosesi 12 ay müddətinə təxirə salındı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada ermənipərəst İran rejiminin yaxaladığı azərbaycanlı fəallar Hüsniyyə xanım İntixabi Həsənluyi, İrfan Mehdixani Saatlı, Salar Tahir Əfşar, Rza İbrahimzadə, Babək Hüseynzadə, Ramin Dabəxş, Əmin İzzəti Heydərlu, Ramin Dehqani, Yunis Şirzad Cəvan, Cavad Rzai, Fərhad Məhəmmədi və Səid Behnəmunun mühakimə prosesi 12 ay müddətinə təxirə salınıb.

Fəallara gələn məhkəmə bildirişində bu barədə məlumat verilib.

Urmiyada 8 saylı istintaq şöbəsinin rəisi hakim Məhəmmədrza Qənizadə cinayət məcəlləsinin 81-ci maddəsinə istinadən “İctimai asayişi pozmaq”da ittiham edilən fəalların məhkəmə prosesini 12 ay müddətinə təxirə salıb. Həmin müddətdə fəallar toplantılara getmək hüququna malik deyillər.

Qeyd edək ki, sentyabrın sonlarında Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pisləmək məqsədilə mitinqlərə çağırış edildi. Rejim mitinqlərə çıxmaq istəyən və iştirak edən çox sayda azərbaycanlı fəalı, o cümlədən adları qeyd edilən 12 nəfəri həbs etmişdi. Fəallar mülki vəsiqə qarşılığında zaminə buraxılıblar.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Bir cavab yazın