Cümə , Oktyabr 30 2026
azfa

Qarabağın azad edilməsi Ermənistanda enerji böhranı yaratdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İşğal altındakı ərazilərin azad edilməsi ilə Ermənistan elektrik böhranı ilə də üzləşib.

Işğal dövründə Qarabağda 30 Su Elektrik Stansiyası inşa edilib və istehsal olunan enerjinin böyük hissəsi Ermənistanın təminatına yönləndirilib.

İndi Ermənistan Azərbaycan torpaqlarından mənimsədiyi elektrik nerjisindən də məhrum oldu.

Erməni ekoloq-mühəndis Ayk Akarmazyan deyir ki, bu itki Ermənistanda elektrik enerjisinin qiymətlərinə ciddi təsir edəcək.

“Misal üçün, indiyə qədər parniklər elektrik enerjisi ilə isidilirdisə, indi yanacaqla isidiləcək və bu bahadır. Bu bahalıq məhsulların da qiymətinin artmasına təsir edəcək. Digər tərəfdən, Ermənistan yaranmış ehtiyacı ödəmək üçün elektrik enerjisi istehlakçılara daha baha qiymətə satacaq ki, əlavə enerji əldə etməyə maliyyə olsun. Beləliklə, bizi daha ağır günlər gözləyir”, – erməni ekoloq bildirib.

Qeyd edək ki, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə 36 SES inşa etmişdi. Bunun 30-u faktiki olaraq Ordumuzun nəzarət etdiyi ərazilərdə, 6-sı isə sülhməramlıların olduğu bölgədədir.

Həmçinin yoxlayın

Təbrizli idmançı bir dünya və iki Asiya rekordu müəyyənləşdirib

GADTB: Təbrizli 45 yaşlı döyüş sənətləri idmançısı Xudayar Əzizian yoxuşlu yolda nümayiş etdirdiyi qeyri-adi performansla …

Qadınlardan ibarət “Traxtur” komandası “Mis Rəfsəncan” üzərində böyükhesablı qələbə qazandı

GADTB: “Traxtur”un qadınlardan ibarət futbol komandası çempionatın beşinci turu çərçivəsində “Mis Rəfsəncan”ı 4:0 hesabı ilə …

Bir cavab yazın