Çərşənbə axşamı , İyun 9 2026
azfa

“Radiofarda”dan azərbaycanlı siyasi məhbus Tohid Əmirəmini barədə proqram-video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Azadlıq” radiosunun fars dilində bölməsi olan “Radiofərda” azərbaycanlı siyasi məhbus Tohid Əmirəmininin tərcümeyi-halı və fəaliyyəti barədə proqram hazırlayıb.

Tövhid Əmirəmini 2019-cu il fevralın 20-də Tehranda Dünya Ana Dili Günü ilə bağlı poster payladığı üçün irqçi fars rejim tərəfindən yaxalanıb. Fəal uzun müddət təkadamlıq kamerada işgəncə edilib.

Fəal Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində  “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları üzrə mühakimə olunub.

Tövhid Əmirəmini birinci ittihama görə 7.5 il, ikinci ittihama görə 18 ay həbs cəzasına məhkum edilib. Bu yaxınlarda isə Evin zindanında həbsdə saxlanılan heç bir günahı olmayan azərbaycanlı siyasi məhbusun 2020-ci il fevralın 4-də təsdiqlənmiş “Cəzanın azaldılması qanunu”na əsasən, 7.5 həbs cəzasının 2.5 ayı ləğv edildiyi üçün cəzası 5 ilə endilib.

Həmçinin yoxlayın

İrana qarşı mümkün ssenariləri ilə bağlı ABŞ qüvvələrinin İsraildə gizli yerləşdirilməsi üzə çıxarıb

GADTB: Yeni araşdırma hesabatına görə, ABŞ ordusunun 82-ci Hava Desant Diviziyasının bir hissəsi Pentaqonun rəsmi …

Məhbuslar İranın 56 həbsxanasında edama qarşı aclıq aksiyası keçirirlər

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 56 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Bir cavab yazın