Güney Azərbaycanın Traxtur Futbol Klubu Asiyanın ən populyar klubu seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Asiya Futbol Konfedrasiyası (AFC) Asiya qitəsinin ən populyar və ən çox tərəfdarı olan futbol klubunu seçmək üçün keçirdiyi son sorğunun nəticəsini açıqlayıb.

Asiya Futbol Konfedrasiyası (AFC) keçirdiyi sorğuya görə bu gün 2021-ci ilin ilk günü üçün Güney Azərbaycanın Traxtur Futbol Klubu Asiyanın ən populyar komandası seçilib. AFC-nin rəsmi saytında bir həftə öncədən başlanan sorğuda Traxtur səslərin 50.85 faizini qazanıb.

Traxtur klubundan sonrakı yerləri İrodoniyanın “Əlvəhdət”, Suriyanın “Əl İttihad”, Maleziyanın “Persica”, İranın “Perspolis”, İndoneziyanın “Cövgəri Daruttazim”, Çin Xalq Respublikasının ”Şenheva Çin” və Cənubi Koreyanın “Sum Samsung” komandaları tuturlar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …