Çərşənbə , Oktyabr 21 2026
azfa

NATO-da mühüm post Türkiyəyə təhvil verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, NATO daxilində “Çox Yüksək Hazırlıq Səviyyəli Birgə İşçi Qüvvəsi” nin komandanlığı Polşadan Türkiyəyə təhvil verilib.

“TRT Haber” bu barədə məlumat yayaraq bildirib ki, 1 yanvar 2021-ci ildə başlayacaq missiya bir il davam edəcək.

Güc tərkibinə Albaniya, Macarıstan, İtaliya, Latviya, Çernoqoriya, Polşa, Rumıniya, Slovakiya, İspaniya, İngiltərə və ABŞ hərbi birliklərinin iştirakı ilə 6400 hərbi qulluqçu daxil olacaq.

Türkiyənin logistik və sursat planlamasında ən yüksək vahidlərdən biri olan xüsusi güc qrupu üçün NATO daxilində hərəkət etmə qabiliyyəti, əhəmiyyətli investisiyalara ehtiyac olduğu vurğulanıb.

Ən son zirehli texnika, tank əleyhinə raketlər və haubitsaların da ayrıldığı bildirilir.

Sözügedən birlik NATO müttəfiqlərini hər hansı bir təhdiddən qorumaq üçün sürətli hərəkət etməyə hazırdır.

Həmçinin yoxlayın

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …