Çərşənbə axşamı , May 7 2024
azfa

NATO-da reaktiv təyyarə sürən ilk qadın – Azərbaycan türkü Ləman Bozqurd

GADTB: Ləman Bozqurd 1932-ci ildə   Sarıqamışda doğulub.Qarapapaq türküdür. Orta təhsilini litseydə alıb. Litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb.

Təhsilindən sonra  Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıb. 1954-cü ildə  Silahlı Qüvvələrə qadınların qatılmasıyla bağlı  qərar çıxdıqda  İzmir Hava Hərb məktəbinə müraciət  edib. 1955-ci ilin oktyabr ayında orada təhsil almağa  başlayıb. Nəhayət, o  pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 Avqust 1957-ci ildə məzun olub. Ləman Bozqurd daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdəki reaktiv təhsil flotuna qatılaraq,  qısa müddətdə təhsilini müvəffəqiyyətlə tamamlayıb.

1958-ci ilin noyabr ayında reaktiv pilot olan Ləman Bozqurd 9 il müddətində F-84 və T-33 reaktiv təyyarələrini idarə edib. Sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışıb. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifələrini  yerinə yetirən Ləman Bozqurd “Altınçəkic” də  ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu olan Ləman Bozqurd eyni zamanda NATO da hava qüvvələrinin ilk və uzun illər boyu tək reaktiv qadın pilotu olub. Ləman Bozqurd Altınçəkic 4 May 2001-də İzmirdə vəfat edib.

Həmçinin yoxlayın

Molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində Ərdəbildə su böhranı yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars0molla rejimin ayrı-seçkilik və yarıtmaz siyasəti nəticəsində …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Tehrandaki Evin zindanında həbsdə saxladığı …