Cümə axşamı , May 2 2024
azfa

Güney Azərbaycan İstiqlaçılar Birliyinin (GAİB) Güney Azərbaycanın istiqlal savaşının yönünü dəyişdirməyə çalışanlarla bağlı bildirişi

GADTB: Güney Azərbaycanın istiqlal savaşının yönünü dəyişdirməyə kimsənin gücü yetməz.

Fars-İran işğalçı rejiminə qarşı Güney Azərbaycan istiqlal savaşı günü gündən sürətlənib və yeganə alternativ olduğunu görən İran işqalçı rejimi dəhşət anlarını yaşamaqdadır. Quzey Azərbaycanın ermeni işğalını dəf edərək ərazi bütövlüyünü yenidən təmin etməsi Ermenistanla yanaşı Rusiya və İranı da Qafqazlarda yenilgiyə uğratmşdır. Gərçi Rusların sülh məramlılıq adı ilə yenilgini təlafi (əvəzini çıxmaq) və yenidən işğal etmə cehdləri də hər kəsə məlumdur, ancaq buna nail olasına əsla izn verməməliyik.

Quzey Azərbaycanın zəfəri Güney Azərbaycan istiqlal savaşını böyük ölcüdə  gücləndirib iləri daşıması İran işğalçı rejimini ciddi qorxuya salmış və hərəkətə kecirmişdir. Hələ də Qarabağ savaşına dəstək vərərək xiyabanlara tökülüb Ermenistana gedən silah sursata mane olub, Xamneyiyə zəhər camını içdirən Güney Azərbaycan Türklərinin tutuqlanması davam etməkdədir.

 Bununla yanaşı İranın işğaçı rejimi müxtəlif yollarla Güney Azərbaycan istiqlal savaşının sürətini azaltmağa çalışmaqdadır. Güney Azərbaycan milli hərəkatı örtüyü altında İran işğalçı rejiminin fəri (xırda) məsələləri gündəmə gətirərək Güney Azərbaycanın işğalını unutdurmağa çalışanların aktivləşməsi  heç də təsadüf deyildir, bəlkə eyni siyasətin davamıdır.

Yan məsələləri böyüdüb və saxta haqları pompaj etməkle Güney Azərbaycan istiqlal savaşını ləngitib İran işğalçı rejiminə zaman qazandıramağa calışanların arasında İran işğalçı rejiminin hərəkat məqsədli yerləşdirdikləri və maliyyələşdirdikləri ilə yanısıra milli ideolojidən yoxsun insanların da olduğu aşıkardır.

Güney Azərbaycan İstiqlaçılar Birliyi (GAİB) bütün olayları izləyir və Güney Azərbaycan istiqlal savaşına hər hansı bir formada hər hansı adla maneə törədib teviz vərməyə (əvəz ödəməyə) çalışanları ciddi formada uyarıb və belə yanlışlardan çəkinməyə çağırır. Əks halda yeri gələndə  bu əməllərin bədəlini ağır ödətəcəyimizi bildirmək istəyirik.

İstiqlal Güney Azərbaycan Türkünün haqqı və yeganə qurtluş yoludur her hansı bir Azetbayan Türkünü bu yoldan caydırmaq İran işğalçı rejiminə xidmət və Güney Azərbaycana xiyanətdir.

Güney Azərbaycan İstiqlaçılar Birliyi  (GAİB)

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …