Şənbə , Aprel 25 2026
azfa

Türkiyə ordusu Afrində ilk dəfə şəhər mərkəzinə irəlilədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Afrində terrorçulara qarşı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının 22-ci günündə türk ordusu şəhərin mərkəzinə doğru 3 kilometr irəliləyib. Bu, Afrin əməliyyatında 22 gün sonra bir ilk olaraq dəyərləndirilir.

PYD/YPG terror təşkilatının Eşkan bölgəsindəki kəşfiyyat qərargahı yerlə-bir edildikdən sonra türk ordusu ümumilikdə Afrinin mərkəzinə doğru 11 kilometr irəliləyib.

Məlumata görə, terrorçuların qərargahında 65 PKK üzvü məhv edilib. Bununla yanaşı, dünən gecə keçirilən əməliyyat nəticəsində Eşkan bölgəsinin şimalında səhra-kəşfiyyat qərargahı da məhv edilib. Terrorçular bu qərargahdan xarici kəşfiyyat orqanları ilə əlaqə qurmaq üçün istifadə edirmiş.

Dünən Türkiyə ordusu Hatay bölgəsindən terrorçuların Afrinin Cinderes kəndindəki mövqelərini də bombalayıb.

Hərbi mənbələr, Türkiyə ordusunun Afrində tarixi zəfər qazandığını, terrorçuların təmizlənməsi əməliyyatının uğurla davam etdiyini qeyd ediblər.

Həmçinin yoxlayın

Tramp nümayəndələrinin səfəri ərəfəsində İran–ABŞ danışıqları ilə bağlı ziddiyyətli açıqlamalar verilib

GADTB: İran Xarici İşlər Nazirliyi Abbas Əraqçinin amerikalı rəsmilərlə görüş planının olmadığını bildirdiyi halda, ABŞ …

ABŞ İranla əlaqəli Çin neftayırma zavodunu və təxminən 40 gəmiçilik şirkətini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi cümə günü İranla bağlı yeni sanksiyalar tətbiq edib və Çin şirkəti …

Bir cavab yazın