Çərşənbə axşamı , May 5 2026
azfa

“Forbes” jurnalı Azərbaycanın Qarabağda savaş taktikasından yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Forbes”jurnalı Azərbaycanın İkinci Qarabağ müharibəsindəki parlaq qələbəsindən bəhs edən məqalədə dərc edib.

Məqalədə yazılıb:

2020-ci il Dağlıq Qarabağda müharibənin başlanğıcında erməni əsgərlərin çoxu, görünür, 1994-cü ildə apardıqları müharibəyə bənzər müharibə aparacaqlarını gözləyirdi.

Nəşr qeyd edir ki, erməni qüvvələri “dünənki” müharibəni təkrarlamağa yox, “sabahkı” müharibəyə kifayət qədər hazır olan azərbaycanlılar tərəfindən tamamilə məhv edilib.

Məqalədə Azərbaycana düşmən qüvvələri üzərində üstünlük qazandıran müasir pilotsuz uçan aparatların mühüm rolundan da bəhs edilir.

 “Azərbaycan Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün “Harop”dan istifadə etdi. Bu taktika və onun icrası sadəliyinə görə dahiyanə idi. Bakı köhnə Sovet “An-2” biplanlarını məsafədən idarə olunan aparatlarla əvəzlədi və onları havaya qaldırıb Ermənistanın “S-300”lərini aktivləşdirməyə məcbur etdi, bu isə “Harop”un bu vacib hədəfləri yüksək dəqiqlik və yüksək effektvliklə aşkar edib məhv etməsinə imkan verdi”, – “Forbes” qeyd edir.

Nəşr həmçinin münaqişə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı “Bayraktar TB2” dronlarının Ermənistanın 1 milyard dollarlıq hərbi texnikasını məhv etdiyini vurğuladığını xatırladıb: “Çox güman, bu, mübaliğə deyildi, çünki məlumata görə, 240-a yaxın erməni tankı məhv edilib”.

 “Azərbaycanın 21-ci əsrdə kiçik ölkələrin bərabərgüclü və ya daha güclü rəqiblər qarşısında qətiyyətlə üstünlük əldə etmək üçün bu cür inkişaf etmiş silah sistemlərindən istifadə edən bəlkə də ilk ölkə olduğunu qəti şəkildə müəyyənləşdirmək üçün bir neçə illik retrospektiv analiz tələb oluna bilər… Necə olur-olsun, yekunda keçən il Azərbaycan müasir müharibələrdə kiçik ölkələri qiymətləndirməməyin düzgün olmadığını açıq şəkildə nümayiş etdirdi”, – məqalədə bildirilib.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkətləri yeni texnologiyaları təqdim edəcək

GADTB: SAHA 2026 tədbirində bəzi texnologiyalar ilk dəfə geniş şəkildə nümayiş etdiriləcək. Türkiyənin PUA istehsalçısı …

Tramp: İranda xalq üçün çoxlu silah göndərmişdik

GADTB: ABŞ prezidenti Donald Trump Amerikanın “Salem” adlı xəbər şəbəkəsinə müsahibəsində İranda xalqa silah göndərildiyini, …