Çərşənbə , Oktyabr 21 2026
azfa

Şovinizm simvolu Firdovsinin heykəlinin götürülməsi xəbərinə görə həbs edilən azərbaycanlı fəal azadlıqda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 3-də həbs müddəti bitən azərbaycanlı milli mədəni fəal Yavər Sultani rejimin Makıda yerləşən zindanından azadlığa buraxılıb.

Qeyd edək ki, irqçi fars rejimin irqçiliyi pislədiyinə görə həbsə məhkum etdiyi “Mak Times” instaqram səhifəsinin moderatoru və jurnalist Makıda yaşayan azərbaycanlı fəal Yavər Sultani birneçə ay öncə zindana salınmışdı.

Azərbaycanlı fəal rejimin Qərbi Azərbaycanda yerləşən məhkəməsi tərəfindən 4 ay həbs və 8 ay şərti həbs cəzasına məhkum edilmişdi. Azərbaycanlı milli fəal ilkin məhkəmə stansiyasında isə 1 il həbs cəzasına məhkum edilmişdi.

Yavər Sultani ABŞ-da afroamerikalı Corc Floydun Minneapolis şəhərində ölümündən sonra bir sıra Avropa ölkələrində irqçiliyə qarşı etirazlar baş verdiyini və etirazlar zamanı bir çox şəhərlərdə irqçilik simvolu olan şəxsiyyətlərin heykəllərinin endirilməsinə toxunaraq, Makı şəhərinin Həftə meydanından götürülmüş irqçi şair Firdovsinin heykəlinin geri qaytarılmamasını bir video reportajda paylaşaraq arzu etmişdi.

Həmin video reportajdan sonra Makı bələdiyyəsi bir bəyanat yayaraq, Firdovsi heykəlinin Həftə meydanından qaldırılma səbəbini meydanın təmiri ilə əlaqədar olduğunu və bir müddət sonra təkrar yerinə qaytarılacağını bildirimişdi.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …