Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı vicdan məhbusi İsrafil Fətullahzadə girov qarşılığında məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı milli-mədəni fəal İsrafil Fətullahzadə aprel ayının 24-də Əhər şəhərində rejimin zindanından məzuniyyətə göndərilib.

Qeyd edək ki, İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün İranın məhkəmə hökmlərini icra edən məmurları tərəfindən Əhər şəhərində yaxalanmışdı.

Azərbaycanlı fəal İsrafil Fətullahzadə 2015-ci ilin noyabr ayında İran televizyasının “Fitilə” proqramında türklərintəhqir edilməsinə qarşı keçirilən etirazlarda yaxalanmışdı.

Azərbaycanlı fəal bundan öncə 2014-cu il fevral 20-də “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir.

Həmçinin yoxlayın

Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir

GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam …

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …