Cümə axşamı , May 2 2024
azfa

İranın Ermənistana hərbi zabitlər göndərdiyi gün Azərbaycanla sərhəd məsələsi müzakirə olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan mediası bu gün Tehrandan İrəvana 10 yüksək rütbəli İran hərbçisinin gəldiyini yazır. İran hərbçilərinin Ermənistana hərbi yardım təklifi ilə gəldiyi istisna deyil. Tehran üçün Rusiyadan və KTMT-dən dəstək ala bilməyən Ermənistana kömək etmək bölgədə mövqelərini gücləndirmək baxımından yaxşı fürsətdir. Tehran Paşinyanı bölgədə Bakıya qarşı mübarizədə İrəvana kömək edəcək yeganə gücün Tehran olduğuna inandırmaq istəyir. Qarabağ müharibəsindən sonra İranın bölgədə həm də “çirkli pulların” yuyulması mexanizminə ziddi zərər dəyib və Tehran bütün vasitələrlə itirdiklərini bərpa etməyə çalışır.

İran zabitlərinin Ermənistana kömək təklifi apardığı gün Putinin Bakı və İrəvana zəngi bölgədə “hakim” missiyasının yalnız Rusiyaya məxsus olduğunu çatdırmaq idi, xüsusilə Paşinyanın diqqətinə.

Həmin gün isə Putin İlham Əliyevə, ardınca Paşinyana zəng edərək, sərhəd məsələsini müzakirə etdi.

Hər iki tərəflə müzakirədə problemin siyasi-diplomatik yolla həllinin vacibliyi vurğulanıb. Bu zənglərdən iki nəticə çıxır:

Birincisi, Rusiya tərəf olmayacaq. Ermənistanın KTMT-ni prosesə qoşmaq və Moskvanı tərəf etmək cəhdləri baş tutmur. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının iclasından bir şey çıxmadı. Tokayevlə Əliyevin telefon söhbəti, Belarusla Azərbaycan arasında hərbi əməkdaşlıq planının imzalaması Bakının KTMT-də mövqelərinin İrəvandan daha güclü olduğunu göstərir. Təşkilatın baş katibi Stanislav Zasın bu gün “10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin alternativinin olmadığını qeyd edirik” açıqlaması da Putinin sözlərinin təkrarı idi. Putinin Bakı və İrəvana “siyasi-diplomatik həll yolu” təklif etməsi də Moskvanın tərəf olmayacağına dair son mövqeyinin çatdırılmasıdır.

İkincisi, tərəf olmayan Rusiya sərhəd mübahisəsi ilə Qarabağ müharibəsindən sonra Türkiyə ilə paylaşdığı və zəifləyən “vasitəçilik missiyasını” yeni formatda gücləndirdi. Putinin eyni gündə Əliyev və Paşinyanla danışması Qarabağla yanaşı, yeni bir məsələ üzərindən “vasitəçiliyinin” qeyri-rəsmi formada açıq elan edilməsidir.

Bu zəng bir informasiya fonunda xüsusilə diqqət çəkir və “niyə bu gün” sualını önə çıxarır.

Ermənistan mediası bu gün Tehrandan İrəvana 10 yüksək rütbəli İran hərbçisinin gəldiyini yazır. İran hərbçilərinin Ermənistana hərbi yardım təklifi ilə gəldiyi istisna deyil. Tehran üçün Rusiyadan və KTMT-dən dəstək ala bilməyən Ermənistana kömək etmək bölgədə mövqelərini gücləndirmək baxımından yaxşı fürsətdir. Tehran Paşinyanı bölgədə Bakıya qarşı mübarizədə İrəvana kömək edəcək yeganə gücün Tehran olduğuna inandırmaq istəyir. Qarabağ müharibəsindən sonra İranın bölgədə həm də “çirkli pulların” yuyulması mexanizminə ziddi zərər dəyib və Tehran bütün vasitələrlə itirdiklərini bərpa etməyə çalışır.

İran zabitlərinin Ermənistana kömək təklifi apardığı gün Putinin Bakı və İrəvana zəngi bölgədə “hakim” missiyasının yalnız Rusiyaya məxsus olduğunu çatdırmaq idi, xüsusilə Paşinyanın diqqətinə.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …