Azərbaycanlı fəallar Davud və Əyyub Şiri qardaşları həbs olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Davud və Əyyub Şiri qardaşları iyunun 12-də Məhkəmə Qərarlarının İcrası Şöbəsinə müraciət etdikdən sonra Təbrizin mərkəzi zindanına salınıblar.

Azərbaycanlı fəalların 6 aylıq həbs cəzalarını çəkmək üçün zindana salındığı bildirilir.

Hər iki azərbaycanlı qardaş rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum olunublar.

Qeyd edək ki, Davud və Əyyub Şiri qardaşları yanacaq qiymətlərinin kəskin artmasına görə başlayan 2019-cu ilin noyabr etirazlarında iştirak ittihamı ilə bir neçə azərbaycanlı fəalla birlikdə həbs olunmuşdular.

Hər iki fəal 100 gün müvəqqəti təcridxanada tsaxlandıqdan sonra 2020-ci il  fevralın 26-də 600 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …