Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı fəallar yenicə azadlığa çıxan İsrafil Fətullahzadə ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı fəal İsrafil Fətullahzadə bir neçə gün öncə Əhər şəhərinin zindanından azadlığa çıxdıqdan sonra bu gün azərbaycanlı milli-mədəni fəallar onunla görüşə gediblər.

Azərbaycanlı fəal məzuniyyətə göndərilib və məzuniyyət müddəti bitdikdən sonra zindana geri qayıtmayacaq. Çünki, onun 7 aylıq həbs müddətinin bitməsinə 40 gün qalır.

Qeyd edək ki, İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin məmurları tərəfindən Əhərdə həbs edilmişdi. Onun Azərbaycan türklərinin “Fitilə” proqramında təhqir edilməsinə etiraz ilə bağlı həbsə məhkum edildiyi bildirilir.

İsrafil Fətullahzadə ondan öncə, 20 fevral 2014-cu ildə “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə İran təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

“TankerTrackers”: İrandan Çinə xam neft idxalı sürətlə azalır; neft saxta sənədlərlə Malayziya, İndoneziya, İraq və Oman nefti kimi rəsmiləşdirilir

GADTB: Neft tankerlərinin hərəkətini izləyən “TankerTrackers” şirkəti neft və enerji bazarı üzrə ixtisaslaşmış əmtəə bazarı …

Netanyahu İrana qarşı genişmiqyaslı hücumların bərpası üçün təzyiq göstərir

GADTB: İsrail İranın mülki infrastrukturuna, nüvə obyektlərinə və hökumətə aid hədəflərə bir neçə gün davam …