Çərşənbə , Oktyabr 21 2026
azfa

Ermənilər Azərbaycanın Laçın, Kəlbəcər, Tovuz və Şuşa bölgələrini atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 19-u saat 17:24-dən etibarən avqustun 20-si saat 00:25-dək Gorus rayonunun Xanazax, Basarkeçər rayonunun Aşağı Zağalı və Berd rayonunun Çinarlı yaşayış məntəqələri ərazisində yerləşən mövqelərindən Laçın rayonunun Cağazur, Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bundan əlavə avqustun 20-si saat 01:23-dən etibarən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa şəhərinin Xəlfəli yaşayış məntəqəsi ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində atıcı silahlardan fasilələrlə atəş açılıb.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin yoxlayın

İsrailin müdafiə nazirindən İrana sərt xəbərdarlıq: “İsrailə hücum etsəniz, İran alovlar içində yanacaq”

GADTB: İsrailin müdafiə naziri İsrael Kats oktyabrın 21-də, çərşənbə günü, İran İslam Respublikası və onun …

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …