Azərbaycanlı milli fəal Şahin Bərzgər mühakimə edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, sentyabrın 12-də azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər rejimin Təbrizdə yerləşən Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsində məhkəməsi keçirilib.

Rejimin Təbrizdəki Ümumi və İnqilab Məhkəməsinin 15-ci bölməsinin prokuroru Hadi Şəhabi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgərə qarşı “Kommunikasiya sistemi vasitəsilə əhalini iğtişaşa dəvət etmək” ittihamı ilə bağlı son müdafiəsini etməyi istəyib.

Qeyd edək ki, irqçi fars rejimin məmurları Təbriz şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgəri iyulun 22-i, axşam saatlarında yaxalayıb. Hazırda o girov qarşılığında məhkəmə vaxtına qədər zaminə buraxılıb.

Şahin Bərzgər 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda digər azərbaycanlı milli fəallarla birlikdə Təbrizdə saxlanılmışdı.

Keçən il avqust ayında Şərqi Azərbaycanda Apellyasiya məhkəməsinin 28-ci şöbəsinin qərarı ilə 12 ay həbs cəzasına məhkum edilən azərbaycanlı milli fəalın cəzası 3 aya endirilib və həmin cəza 3 milyon tümən nağd cərimə ilə əvəzlənmişdi.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …