Cümə , Avqust 21 2026
azfa

Sayın Mikayil Oytanın 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan Prezidentinə təbrik mesajı

GADTB: Avstraliya-Azərbaycan Assosasiyası Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil Oyta 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik mesajı ünvanlayıb.

Təbrik məktubunu təqdim edirik:

Hörmətli cənab Prezident,

Ali Baş Komandan İlham Əliyev cənabları

Avstraliya-Azərbaycan Assosasiyası 18 Oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Sizi, Azərbaycan dövlətini və xalqını, eləcə də dünya azərbaycanlılarını səmimi-qəlbdən təbrik edir.

Azərbaycan Ordusunun işğal olmuş ərazilərimizi siz Ali Baş Komandanın rəhbərliyi ilə erməni işğalından azad etməsi, Azərbaycanı daha da gücləndirib. Güclü Azərbaycan hər bir azərbaycanlının dünyanın harada yaşamasından asılı olmayaraq ümid yeri olmuşdur.

Sizi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edirik!

Hörmətlə

Mikayıl Oyta

Avstraliya-Azərbaycan Assosasiyasının Prezidenti ( AAA )

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …