Şənbə , İyun 27 2026
azfa

Güney Azərbaycanda vərəqələr paylanmaqla Azərbaycan sərvətlərinin talamasına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Təbrizdə vərəqələr paylayaraq Azərbaycan sərvətlərinin İran rejimi tərəfindən talanmasına etiraz ediblər.

Azərbaycanlı milli-mədəni fəallar Güney Azərbaycanın mədən və təbii sərvətlərini talanması, habelə İran rejimi tərəfindən azərbaycanlı fəalların həbsə məhkum edilməsinə və İranın müstəmləkə siyasətinə etiraz olaraq çoxsaylı vərəqələr hazırlayaraq şəhərdə paylayıblar.

Vərəqələrdə İranın Azərbaycana qarşı müstəmləkə siyasəti ilə bağlı Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədrza Purməhəmmədinin fikirləri də əks olunub: “Hər gün Şərqi Azərbaycanın Vərziğan bölgəsində yerləşən Süngün mis mədəninin 50 milyard tümən dəyərində konsentratı Kirmana daşınır. Bu pul əyalətdə qalsa bura cənnət olar”.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycana qarşı müstəmləkə siyasəti yeritməklə Azərbaycanı talayır. Bu isə haqlı olaraq azərbaycanlıların etirazı ilə qarşılanır.

Həmçinin yoxlayın

CoinEx İran vəsaitlərinin əsas kriptovalyuta mərkəzinə çevrilib

GADTB: The Wall Street Journal yazır ki, blokçeyn məlumatlarına əsasən, Seyşel adalarında yerləşən CoinEx kriptovalyuta …

İran Hörmüz boğazında alternativ marşrutlarla bağlı xəbərdarlıq etdi

GADTB: İran İslam Respublikasının xarici işlər nazirinin müavini hökumətin müəyyən etdiyi qaydalardan kənar marşrutlardan istifadə …