İranda Ukrayna təyyarəsində ölənlərin ailələri etiraza qalxdı

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, bu gün, noyabrın 21-də İranda SEPAH tərəfindən “səhvən” vurulan Ukrayna sərnişin təyyarəsində ölənlərin ailələri etiraz yürüşü keçiriblər.

Etiraz yürüşü İranın thlükəsizlik güclərinin mühasirəsi ilə baş tutub.

Xatırladaq ki, 2020-ci il yanvar ayının 8-də Tehrandan havaya qalxan Ukraynanın “Boeing 737” sərnişin təyyarəsi Sepah tərəfindən ardıcıl iki raketlə vurulub. Daha sonra İran rəsmiləri təyyarənin səhvən vurulduğunu iddia edib. Təyyarənin vurularaq partlaması nəticəsində içindəki 167 sərnişin və 9 ekipaj üzvü ölüb.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …