Cümə axşamı , Oktyabr 22 2026
azfa

Tehranda etirazçılar “Xameneiyə ölüm”, “İslam Cümhuriyyətinə ölüm” şüarları ilə küçələrə axışdı

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Tehranda Ukrayna sərnişin təyyarəsinin vurulmasında günahlandırılanların məhkəməsinin keçirilməsi ilə bir vaxtda, həyatını itirənlərin ailələri Tehran Hərbi Məhkəməsinin binası önündə etiraz mitinqi təşkil ediblər.

Ailələr əllərində ölən ailə üzvlərinin şəkilləri ilə yanaşı, üzərində “məhkəməyə qədər cinayət işini öyrənmək bizim təbii və qanuni haqqımızdır” yazılmış plakatlarla çıxış ediblər.

İctimai şəbəkələrdə geniş yayılmış videolarda bəzi etirazçıların “Xameneiyə ölüm”, “İslam Respublikasına ölüm” şüarları səsləndirdiyi görünür.

Mitinqdə habelə etirazçılardan biri SEPAH-ın Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadəni sərt tənqid edib.

Qeyd edək ki, göyərtəsində 176 nəfər olan Boeing 737 sərnişin təyyarəsi Tehran hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra terrorçu Sepah tərəfindən vurulub.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …