Çərşənbə , Oktyabr 21 2026
azfa

Rusiya Ukraynada qadağan olunmuş silahlardan istifadə edir

İnsan haqları qrupları və Ukraynanın Amerikadakı səfirliyi dünən Rusiyanı Ukraynada qadağan edilmiş kaset və vakum bombalarlından istifadə etməkdə ittiham ediblər.

Bu tipli silahlardan istifadə etmək müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Cenevrə Konvensiyası tərəfindən qadağan edilib.

Beynəlxalq Əfv Təşkilatı isə Rusiyanı Ukraynanın şimal-şərqində yerləşən və sivillərin sığınacaq olaraq istifadə etdiyi uşaq bağçasına hücum etməkdə ittiham edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündə istifadə etdiyi deyilən vakum bombası yüksək temperaturda partlayış yaratmaq üçün ətrafdakı havadan oksigeni özünə çəkir və nəticədə bombadan daha uzun müddət davam edən partlayış dalğası yaradır.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …