İranın əlaltıları Təbrizdə Orta Şərqin ən böyük Karikatura muzeyinin axırına çıxdılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin əlaltıları Təbrizdə Orta Şərqin ən böyük Karikatura muzeyinin axırına çıxdılar.

Artıq Təbriz bələdiyyəsi muzeyin eksponatlarını yerləşdiyi binadan çıxarıb. Bələdiyyə idarəsinin göstərişi ilə dəyərli sənət əsərləri qanunsuz olaraq muzeydən çıxarılaraq anbarlara daşınıb. Karikatura Muzeyinin iki dövlət qurumunun arasında olan ixtilafların qurbanına çevrildiyi bildirilib.

Belə ki, Təbriz bələdiyyəsinin ictimaiyyətlə əlaqələr bölməsi məsələ ilə bağlı yaydığı bəyanatda muzeyin yerləşdiyi binanın Təbriz bələdiyyəsinə məxsus olduğunu və muzey üçün Şərqi Azərbayca əyaləti Mədəniyyət və İrşad İdarəsinin başqa yer verməli olduğunu bildirib.

Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin rəisi Əhməd Həmzəzadə isə Təbrizin Karikatura Muzeyinə qarşı belə davranışı Azərbaycan mədəniyyətinə qarşı sayğısızlıq adlandıraraq deyib: “Bu muzey Azərbaycan incəsənət xadimləri və rəssamlarının əsərlərinin toplandığı komleksdir. Təbriz bələdiyyəsinin bu dəyərli əsərlərin köçürülməsi ilə bağlı addımı mədəniyyətə qarşı zərbə olmaqla yanaşı, Azərbaycan sənətçilərinə qarşı saymazlıqdır”.

Qeyd edək ki, 2005-ci ilin mart ayında Təbrizdə açılan karikatura muzeyi dünyanın ən böyük beş karikatura muzeyi arasında yer alır. İran adlanan yerdə yeganə karikatura muzeyi olan Təbriz karikatura muzeyi Asiya qitəsinin ən böyük karikatura muzeyi hesab olunurdu.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …