Çərşənbə , Oktyabr 21 2026
azfa

Etirazlardan sonra Şəhriyarın türkcə “Heydərbabaya salam” şeirinin əks olunduğu oturacaq yığışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalların sosial şəbəkələrdə etirazından sonra Şəhriyarın türkcə “Heydərbabaya salam” şeirinin əks olunduğu oturacaq yığışdırıldı.

Qeyd edək ki, irqçi fars-molla rejiminin təyin etdiyi rəsmilər Güney Azərbaycanın Culfa şəhərindəki parkda ustad Şəhriyarın türkcə “Heydərbabaya salam” şeirinin oturacaq şəklində quraşdırmışdılar.

Azərbaycanlı fəallar rejimin əlaltılarının bu addımını kitab oxumağı və türk şeirini təhqir məqsədi güddüyünü düşünərək sosial şəbəkələrdə etirazlarını bildirmişdilər.

Türk şeirini və mədəniyyətini təhqir etməyə çalışan rejim fars şeirinə əhalidən xüsusi hörmət tələb etməsi isə hər zamab narazılıqla qarşılanır.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …