Cümə axşamı , Avqust 20 2026
azfa

Tramp seçki şousu ilə özünü prezident elan edən Putini təbrik etməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ağ Ev ABŞ prezidenti Donald Trampın Vladimir Putini Rusiyada prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik etməməsinin səbəbini izah edib. Bu barədə Reuters agentliyi Ağ Evin nümayəndəsi Hoqan Qidliyə istinadən məlumat verib.

“Prezident bununla bağlı əvvəlcədən telefon danışığı planlaşdırmayıb, çünki hazırkı Rusiya prezidentinin qələbəsinə şübhə etməyib. Bu xəbər onun üçün gözlənilməz olmayıb”, deyə Ağ Ev rəsmisi vurğulayıb.

O əlavə edib ki, ABŞ Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışacaq, təhdidlər isə sanksiyalarla qarşılanacaq.

Rusiya müxalifəti isə Rusiyada seçki yox, seçki şousu nəticəsində Putinin özünü prezident elan etməsini açıqlayıb.

Həmçinin yoxlayın

Təbrizdə molla rejimin Kəşfiyyat İdarəsi əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edib

GADTB: Təbrizdə İran rejiminin Kəşfiyyat İdarəsinin əməkdaşları azərbaycanlı fəal Vəhid Vəlizadənin evinə basqın edərək mənzildə …

Tramp İrana qarşı «ən sarsıdıcı iqtisadi əməliyyatın» başlandığını açıqladı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran rejiminə qarşı «indiyədək hər hansı bir ölkəyə qarşı həyata …

Bir cavab yazın