Cümə , Oktyabr 30 2026
azfa

Fransız mətbuatı: “Bayraqdar” müharibənin gedişatını dəyişir – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Bayraqdar TB2” PUA-sı Fransa telekanallarında geniş müzakirə mövzusuna çevrilib.

Verilişlərdə “Bayraqdar TB2”lərin müharibələrin gedişatını dəyişdiyi də vurğulanır.

“Türklər Azərbaycana və digər müttəfiqlərinə adıçəkilən PUA-ları tədarük etdi. Suriya və Liviyada uğurlu əməliyyatlar keçirdi. Bu bölgələrdə əsasən, Rusiya hərbi texnikaları məhv edilmişdi. Ruslar da “narahat olmayın sistemləri modernləşdirdik. PUA-ları 3 dəqiqədə vuracağıq” deyirdilər. Həqiqət budur ki, Ukraynadakı müharibədə çox az zayda “Bayraqdar TB2” vura biliblər. Türk PUA-ları ilə əməliyyatlarda uğurlu nəticələr əldə olunur. Hətta, rusların komanda qərargahını belə vura bilirlər. Bunun nəticəsidir ki, 6-7 rus generalı öldürülüb”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Azərbaycanlı uşağa Kayahan adına görə 94 gündür molla rejimi doğum haqqında şəhadətnamə vermir

GADTB: Təbrizdə rejimin Əhalinin Vəziyyətinin Qeydiyyatı İdarəsi türk mənşəli “Kayahan” adı ilə bağlı bir uşağa …