Şənbə , Avqust 22 2026
azfa

Tehranda terrorçu Sepah-ın hərbi sənaye və raket zavodlarında güclü partlayış baş verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın cənub-şərqində yerləşən “Parçin” bölgəsində İranın hərbi sənaye və raket zavodlarında güclü partlayış baş verib.

Partlayışın güclü olduğu və partlayış səsinin onlarla kilometr məsafədən eşidildiyi bildirilir. Hərbi qüvvələr partlayış baş verən bölgəni mühasirəyə alıb, gediş-gəliş dayandırılıb.

Hadisə nəticəsində bir nəfərin öldüyü, bir nəfərin də yaralandığı bildirilir. Məlumatda hadisə yerinə çox sayda yanğınsöndürmə texnikası, təcilli tibbi yardım maşınlarının cəlb olunduğu bildirilir.

Bəzi ehtimallara görə isə İranın bu hərbi mərkəzi PUA-larla hədəf alınıb.  

Həmçinin yoxlayın

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …

Suriya xarici işlər naziri: İran Suriyada xalqa qarşı törətdiklərini etiraf etməlidir

GADTB: Suriya xarici işlər naziri Əsəd əl-Şeybani avqustun 21-də Pakistana rəsmi səfəri zamanı Tehranla mümkün …