Tehran: İran və Ermənistan ikitərəfli münasibətləri genişləndirmək üçün çoxlu ümumi cəhətlərə malikdir

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, KTMT-nin Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvanda səfərdə olan İran parlamentinin nümayəndə heyəti iyunun 6-da Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb.

Görüşün əvvəlində Abbas Müqtədayi iki ölkə arasında münasibətlərin artan endensiyasından məmnunluğunu ifadə edərək, İslam Şurası Məclisinin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək etməyə hazır olduğunu vurğulayaraq deyib: “İran İslam Respublikası Ermənistanla qarşılıqlı maraqlar əsasında parlament, siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır və iki ölkə arasında ikitərəfli əlaqələrin genişləndirilməsi üçün çoxlu ümumi cəhətlər var”.

Görüş zamanı tərəflər siyasi və iqtisadi sahələrdə ikitərəfli münasibətlərin vəziyyətini nəzərdən keçirib, regionda baş verən son hadisələr və ikitərəfli əməkdaşlığın genişləndirilməsi yolları, o cümlədən infrastruktur, enerji və iqtisadi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini region ölkələri arasında ixtilafların dialoq və sülh yolu ilə həllinin zəruriliyi ilə bağlı İran İslam Respublikasının prinsipial siyasətinə toxunaraq, İranın region ölkələrinin milli suverenliyi və ərazi bütövlüyünə hörmət çərçivəsində nəqliyyat qovşaqlarının yenidən açılması sahəsində Ermənistanın digər ölkələrlə əldə etdiyi razılaşmaların həyata keçirilməsinə dəstəyini vurğulayıb.

 “İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin parlaq dövrü sabit şəkildə davam etməlidir”,-deyə Muqtədayi əlavə edib.

Öz növbəsində, Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iki ölkə arasında yaxşı münasibətlərin olmasına toxunaraq deyib: “Ermənistan böyük cənub qonşusu ilə sıx əlaqələrinin olması ilə fəxr edir və onu bütün siyasi, parlament, iqtisadi və mədəni sahələrdə mümkün qədər genişlənməsində maraqlıdır”.

O deyib ki, biz İranla sabit və strateji əlaqələrin inkişafına böyük əhəmiyyət verir və hesab edirik ki, iki ölkə arasında münasibətlərin və konstruktiv əməkdaşlığın möhkəmlənməsində parlament əlaqələrinin xüsusi rolu var və bu, bütün səviyyələrdə davam etdirilməlidir.

Regional və beynəlxalq proseslərə toxunan Qriqoryan qeyd edib: “Ermənistan və İran arasında dostluq münasibətlərinin strateji dərinliyi bir neçə min illik tarixə söykənir və mütləq yeni və parlaq üfüqlər yaşayacaq”.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …