Cümə , Dekabr 27 2024
azfa

Çavuşoğlu: İranın Türkiyədə terror əməliyyatları törətməsinə heç vaxt imkan verməyəcəyik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu israilli həmkarı Yair Lapidlə keçirdiyi birgə mətbuat konfransında İranın Türkiyə ərazisində İsrail vətəndaşlarına qarşı təşkil etdiyi terror aktlarına sərt reaksiya bildirərək deyib: “İrana bizim torpaqlarımızda terror əməliyyatları törətməsinə və Türkiyə ərazisində belə əməliyyatların təkrarlanmasına heç vaxt imkan verməyəcəyik”.

Türkiyənin “Hürriyyət” qəzeti İsrail vətəndaşlarına qarşı terror əməliyyatlarının hazırlanmasında iştirak etməkdə şübhəli bilinən 5 İran məmurunun Türkiyə kəşfiyyatı (MİT) tərəfindən həbs edildiyini yazıb.

Qəzetin yazdığına görə, İstanbulun mərkəzi məhəllələrindən birində yerləşən otelin 2 və 4-cü mərtəbələrində iki ayrı ortaqda qalan İranın terrorçu məmurlar qrupu əhəmiyyətli sayda silah-sursatla ələ keçiblər. İran məmurlarının həbsi Sepah-ın Kəşfiyyat (ETTELAAT) İdarəsinin keçmiş rəisi Hüseyn Taibin qəfil vəzifəsindən uzaqlaşdırılması ilə eyni vaxta təsadüf edib. İsrail mənbələrinin verdiyi məlumata görə, Taib İstanbulda israillilərə qarşı terror əməliyyatları həyata keçirməyə birbaşa rəhbərlik edib.

Türkiyə-İsrail kəfiyyatının birgə əməliyyatları sayəsində israillilərə qarşı terror hücumlarının qarşısının alınması İran hökumətinin əks tədbirlər görməsinə səbəb olub. Belə ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankaraya öncədən planlaşdırılan səfərini son anda ləğv edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, görüş zamanı Türkiyə rəsmiləri təkzibedilməz kəşfiyyat məlumatlarına əsaslanaraq, SEPAH-ın Türkiyə ərazisində təhlükəsizliyə qarşı addımlarından dərin narazılıqlarını İranın xarici işlər nazirinə çatdırmaq istəyiblər.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …