Bazar ertəsi , Avqust 24 2026
azfa

İranın molla rejimçi yenidən işğalçı Ermənistanı açıq şəkildə dəstəklədi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İrəvana səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Ermənistan və Azərbaycan arasında hər iki ölkənin ərazi bütövlüyünün qorunması çərçivəsində aparılan danışıqların davamlı sülhə gətirib çıxaracağına ümidvar olduğunu bildirib.

“Tasnim News” saytının xəbərinə görə, işğalçı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroyanla görüşən admiral Əli Şamxani jurnalistlərə açıqlamasında İranın hazırkı hökumətinin qonşu və region dövlətləri ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinə dair “prinsipial siyasətinə” toxunaraq Ermənistana səfərini bu kontekstdə şərh edib.

Regiondaxili əməkdaşlıq yolu ilə bölgədə sülh və sabitliyin bərqərar olması üçün göstərilən səylərdən dəm vuran Şamxani iddia edib: “Buna görə də, biz 3+3 kimi formatları dəstəkləyirik”.

O, İran İslam Respublikasının bölgədə geosiyasi dəyişikliklərə səbəb olacaq istənilən addımın əleyhinə olduğunu bildirib.

Xatırladaq ki, 30 il boyunca Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və Qarabağın işğalına göz yuman və hətta Ermənistanı dəstəkləyən İran nədənsə indi yuxudan oyanıb və qonşu dövlətlərin ərazi bütövlüyünün qorunması bəhanəsi ilə əl-ayağa düşüb.

Həmçinin yoxlayın

Azərbaycanın “Traxtur” komandasının tərəfdarı Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

GADTB: Malikan şəhərindən olan, Azərbaycanın “Traxtur” komandasının tərəfdarı və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin …

Evin həbsxanasında beş azərbaycanlı fəalın sağlamlıq vəziyyətinin ağırlaşması barədə hesabat: aclıq aksiyasından sonra verilən müalicə vədləri hələ də nəticəsiz qalıb

GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbusların fiziki vəziyyəti ilə bağlı yayılan hesabata əsasən, bir …