Çərşənbə , Oktyabr 21 2026
azfa

İnsan Haqları Müdafiəçiləri Mərkəzi İran hökumətinin məsuliyyətə cəlb edilməsini tələb edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İnsan Haqları Müdafiəçiləri Mərkəzi BMT-nin İranda İnsan Haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhmana məktub yazıb.

Məktubda tənqidçilərə və dissidentlərə, sənətçilərə və bəhailərə qarşı repressiyaların gücləndirilməsindən, İran zindanlarında orta əsr cəzalarının verilməsindən narahatlıq ifadə olunub, bunlarla bağlı İran hökumətinin cavab verməyə məcbur edilməsi tələb edilib.

“Hökumətin repressiv hərəkətləri elə bir şəraitdə baş verir ki, ölkə və İran xalqı bu günlərdə yoxsulluq, işsizlik, sel və zəlzələ kimi təbii fəlakətlər də daxil olmaqla bir çox problemlərlə üzləşib. Belə bir vəziyyətdə ölkə rəsmiləri tərəfindən nəinki praktiki olaraq heç bir konstruktiv və müsbət addım atılmır, əksinə narazılara qarşı qondarma təhlükəsizlik ittihamları irəli sürülərək vətəndaşların həmrəyliyinə və onların yardımlaşmasına mane olur”-deyə, məktubda vurğulanır.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …