Bazar ertəsi , Avqust 24 2026
azfa

Ukrayna çox sayda rus hərbçisini məhv edərək Xersona irəliləməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada Rusiyanın 450, ümumilikdə isə 47 100 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 954 tank, 4 294 zirehli döyüş maşını, 1 079 artilleriya sistemi, 282 reaktiv yaylım atəşi sistemi, 151 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 204 helikopter, 847 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 217 avtomobil texnikası və avtosistern, 103 xüsusi texnikadan ibarətdir.

Həmçinin Ukrayna ordusunun rusları geri oturdaraq Xersona irəlilədəyi bildirilir.

Səhər saatlarından başlayaraq Xerson şəhəri ətrafında atışmalar başlayıb. Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, şəhərin bəzi rayonlarında avtomat silahlardan, eləcə də lüləaltı qumbaralardan istifadə olunub.

Xersondakı “MOST” nəşri isə Tavriya və Severnıy mikrorayonlarında küçə döyüşlərinin getdiyini yazıb.

Həmçinin yoxlayın

Urmiyada azərbaycanlı xanın Sara Hüseynzadənin taleyindən xəbər yoxdur

GADTB: Ailəsinin bir neçə həftədir davam edən narahatlığı və ondan xəbər ala bilməməsindən sonra məlum …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin 59-cu doğum gününü həbsxanada keçirdi

GADTB: Avqustun 23-ü Azərbaycanın milli-mədəni fəalı və siyasi məhbus Abbas Lisaninin 59 yaşı tamam oldu. …