Güney Azərbaycanın Traxtur komandasından milli şüarlar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Traxtur komandası ilə İbadanın Sənəti Nəft komandası yarışıb.

Təbrizin Səhənd stadionunda keçirilən yarışda azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndiriblər.

Traxtur komandasının tərəfdarları İranın Urmiya gölünü qurutmasına etiraz olaraq “Urmu gölü can verir-Məclis onun qətlinə fərman verir” şüarı səsləndiriblər. Azərbaycanlı tərəfdarlar həmçinin “Türk dilində mədrəsə- olmalıdır hər kəsə” şüarı səsləndirməklə Güney Azərbaycanda məktəblərin türk dilində təhsilə keçməsini tələb ediblər.

Traxtur komandasının tərəfdarları həmçinin azərbaycanlı xanımların stadiomlara gəlmə haqqına malik olmasını tələb edərək, “Azərbaycan qızları- göylərin ulduzları” şüarını səsləndiriblər.

Qeyd edək ki, dünən Güney Azərbaycanın Traxtur komandası ilə İbadanın Sənəti Nəft komandası yarışıb və yarış 1-0 sıfır hesabı ilə Traxtur komandasının qələbəsi ilə sona çatıb.

https://www.youtube.com/shorts/A9Izn9teJpg

Həmçinin yoxlayın

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …